Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Buna Ermənistan özü qərar verməlidir”
ABŞ Dövlət Departamenti Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi ehtimalı ilə bağlı Vaşinqtonun mövqeyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Departament bu barədə “Amerikanın Səsi” radiosunun erməni xidmətinin sorğusuna cavabında bildirib:
“Buna Ermənistan hökuməti özü qərar verməlidir və biz buna hörmətlə yanaşırıq. Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə töhfə verdiyini göstərən heç nə görməmişik”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-ni tərk edəcəyini açıqlayıb. Onu da qeyd edək ki, Paşinyan cari ilin fevralında İrəvanın KTMT-də iştirakını dondurduğunu açıqlamışdı. Mart ayında isə o bildirib ki, Ermənistan İrəvan tərəfindən ölkənin suveren əraziləri barədə qaldırılan məsələlərə təşkilat tərəfindən cavab almazsa KTMT-ni tərk edəcək. Bununla belə, Ermənistan bu açıqlamalardan daha əvvəl təşkilatın tədbirlərində iştirakını dayandırıb.






















































