MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
“Deputatın qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?”
“Qaldırdığım məsələlər öz həllini tapmır. Əgər millət vəkilinin qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq? Müharibə veteranlarına verilən 80 manat müavinətdən danışmaq istərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi millət vəkillərinin qaldırdığı məsələyə belə prinsip qoyaraq 80 manatı dəyişmək istəmir. Burada məqsəd nədən ibarətdir?!”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Millət vəkili bildirib ki, 182 minə yaxın müharibə veteranı var: “Demirik ki, həmin müavinəti bu dəqiqə 300-345 manat edin. 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiniz ki, yox, bu həll olunmur. İyirmi manat artırsanız, ayda haradasa 3,5-4 milyon, 40 manat artırsanız 7-8 milyon vəsait lazımdır. Bunu tapmaq mümkün deyil?
Ona görə də məsələlərə toxunmuruq ki, öz həllini tapmır. Məsələ həll olunsa, o barədə danışarıq. Ən çox şikayət etdiyim sahə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Ayda 30-a yaxın məktub göndərirəm. Bu gün də birini verdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi yalnız pensiyaçıların sayını azaltmaq deyil. İlbəil sosial pensiya alanların sayı azalır. Biz bu məsələni qaldırırıqsa, münasibət bildirilməli və bu, öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar. İnsanlara bununla bağlı cavab verə bilmirik”.























































