“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
G7 ölkələrindən 30 QHT COP29-la bağlı Azərbaycana dəstək bəyanatı yayıb
İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra qeyri-hökumət təşkilatları (QHT) COP29 ölkəsi kimi Azərbaycana dəstək bəyanatı yayıblar.
APA xəbər verir ki, bəyanatı səkkiz ölkədən 30 QHT imzalayıb. Onların içərisində Fransa QHT-sini və UNESCO-nu təmsil edən şəxslər də var.
Bəyanatda deyilir:
“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları, dünya birliyini dayanıqlı gələcəyə doğru aparmaq kimi vacib missiya daşıyan, COP29 sədrliyini üzərinə götürən və tədbirə ev sahibliyi edən Azərbaycanı dəstəkləyirik.
Planetimizin üzləşdiyi iqlim dəyişmələri probleminin ekoloji təsirləri ilə bağlı dərin narahatlıq keçirir və iqlim böhranını aradan qaldırmaq üçün atılan hər bir addımı yüksək qiymətləndiririk.
Azərbaycan dünya dövlətlərinə əməkdaşlıq, təcrübə mübadiləsi aparmaq və alyanslar yaratmaq üçün platforma təmin edir, iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün kollektiv səylərin təşviqində nümunəvi liderlik nümayiş etdirir.
Vətəndaş cəmiyyəti təşkilatları ilə konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verən Azərbaycan COP29-dakı müzakirələri zənginləşdirəcək, inklüzivliyə töhfə verəcək, nəticədə Paris Sazişinin məqsədlərinə çatmaq üçün kollektiv səyləri inkişaf etdirəcək. Bu nailiyyət Azərbaycanın səmərəli çoxtərəfli diplomatiya bacarığını nümayiş etdirir və onun gələcək nəsillər üçün dayanıqlı gələcəyin formalaşmasında həlledici rolunu vurğulayır.
İnanırıq ki, COP29 dövlətlər arasında əhəmiyyətli əməkdaşlığa töhfə verəcək, iddialı vədləri artıracaq və konsensusa aparacaq.
Biz, COP29-a sədrlik edən Azərbaycan və dünyanın digər vətəndaş cəmiyyəti qrupları ilə iqlim dəyişmələrinin qarşısını almaq və planetimiz üçün gələcək vəd edən səylərimizlə həmrəylik üçün birləşirik”.
Xatırladaq ki, son vaxtlar nüfuzlu xarici QHT-lər COP29 ölkəsi kimi Azərbaycana ardıcıl dəstək bəyanatları yayırlar. Bu günlərdə BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edən xarici QHT-lərdən bir qrupu - 128 xarici QHT də Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində fəaliyyətini alqışlayan bəyanat yaymışdı.
Bu bəyanatlar Azərbaycanın hamı üçün faydalı qlobal təşəbbüslərinin dünyada yüksək maraqla qarşılanmasını nümayiş etdirir.























































