Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
“Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Dövlət Komissiyasına Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələrindən çoxsaylı müraciətlər daxil olur”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya deyib.
O bildirib ki, bu müraciətlər iki istiqamətdədir: “Birinci istiqamət itkin düşmüş şəxs kimi qeydiyyatda olan vətəndaşların taleyinin müəyyən olunması ilə bağlı ailələrin intensiv müraciətləridir. Əlbəttə ki, gündəlik iş prosesində biz onlarla davamlı şəkildə və müntəzəm işləyirik. Bununla bağlı Dövlət Komissiyasına həm vətəndaşlar özləri birbaşa müraciətlər edirlər, həm də “81-61” qaynar xəttinə gündəlik müraciətlər olur. Bu həm də onunla bağlıdır ki, Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində təxminən 11 minə yaxın şəxs barədə bioloji nümunələr toplanaraq sistemləşdirilib və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hərbi hospitalında yaradılmış molekulyar-genetik laboratoriya tərəfindən onların DNT profilləri çıxarılıb. Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlayıblar. Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi işi həyata keçirilir və bu meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır”.
İsmayıl Axundovun sözlərinə görə, müraciətlərin ikinci istiqaməti isə vaxtilə Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə itkin düşmüş yaxınları barədə müraciət etməmiş şəxslərdən daxil olur:
“Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra insanlarda itkin düşmüş yaxınlarının tapılması üçün böyük ümidlər yaranıb. Hazırda ailələr tərəfindən çoxsaylı müraciətlər davam edir. Paralel olaraq, həm Dövlət Komissiyasına, eyni zamanda, hüquq-mühafizə orqanlarına, xüsusilə Baş Prokurorluğa da müraciətlər daxil olur.
Daxil olmuş müraciətlərin təhlili, onlarla bağlı zəruri araşdırma və sənədləşmə işləri başa çatdırıldıqdan sonra Dövlət Komissiyasının sədri Əli Nağıyevin müvafiq göstərişinə əsasən artıq 30 nəfər Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Komissiyasının əvvəlki statistikasına görə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı 3890 nəfər idisə, hazırkı statistikaya əsasən bu say artıq 3920 nəfərdir. Ancaq müraciətlərin davam etdiyini nəzərə alsaq, bunun son say olmayacağını deyə bilərik”.
İsmayıl Axundov onu qeyd edib ki, artıq ictimaiyyətə açıqlandığı kimi, Vətən müharibəsi dövründə altı hərbçimiz itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb: “Bundan başqa, Vətən müharibəsindən sonra 2022-ci ilin mart ayında Azərbaycan Ordusunun iki əsgəri Laçın rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi şəraitində itkin düşüblər. Əlbəttə ki, qeyd olunan səkkiz hərbçimiz də itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Beləliklə, ümumi statistik nəticəyə əsasən, hazırda Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı 3928 nəfərdir”.























































