SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
Muxtar Babayev: “COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Associated Press” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı zəngin ölkələrin istiləşməyə daha az töhfə verən, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yoxsul ölkələrə necə maliyyə yardımı göstərilə biləcəyi ilə bağlı ortaq nöqtələrin tapılacağı yerdir:
“Bakı konfransı mədən yanacaqlarından imtinaya dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. Bu payız toplantısı ölkələrə 2025-ci ildə istixana qazı emissiyalarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün birləşməyə kömək etməlidir. Biz Bakıya inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü kimi baxırıq”.























































