Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər - VİDEO
Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib.
Bu barədə o, Baku.ws-ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər.
“12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər, “hə” məclisi olmuşdu. Lakin anam yaşımın tamam olmasını istəmişdi. Amma Oqtay Ələkbər oğlu Hüseynov dörd aydan sonra məni qaçırdı. O, Biləsuvarda yaşayırdı, Türkanda işləyən vaxt məni görmüşdü.
Mənim oxuyub həkim olmaq kimi arzularım var idi. Amma hamısı ürəyimdə qaldı.
Məni paltar almaq adı ilə aldadıb qaçırdı. Biləsuvara gətirəndə anası və atası ona dedi ki, haradan götürmüsənsə, apar qaytar yerinə. Oğlan cavab verdi ki, daha gətirmişəm və aparmayacağam. Sonra oğlan toyu oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Sonra övladım 8 aylığında doğuldu. Xəstəxanada mənim neçə yaşımın olmasını gizlətdilər. Məni qayınatam da, qayınanam da döyüblər”, - deyə 12 yaşında qaçırılan Ülkər bildirib.
"Cebhe.info"























































