SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”
İranın İsrailə endirdiyi zərbələrdən sonra beynəlxalq aviaşirkətlər bazar ertəsi uçuşlarda fasilələrlə üzləşib.
Məlumata görə, İranın İsrailə 300-dən çox raket və pilotsuz təyyarə ilə hücumu, əksəriyyəti ABŞ-nin dəstəklədiyi İsrail hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, bu da aviasiya sənayesində xaosa səbəb olub.
“Qantas”, “Lufthansa”, “United Airlines” və “Air India” da daxil olmaqla, ondan çox aviaşirkət son iki gündə uçuşları ləğv etməli və ya marşrutu dəyişməli olub.
Uçuşların idarə edilməsi üzrə konsaltinq firması OPSGROUP-un təsisçisi Mark Zinin sözlərinə görə, bu, 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə edilən hücumlardan sonra hava nəqliyyatında yaranan ən böyük narahatlıq idi.
“O vaxtdan bəri bir çox fərqli hava məkanının bu qədər sürətlə bağlandığı və xaos yaratdığı vəziyyətlə üzləşməmişik”, - deyən ekspert uçuşlarda problemin bir neçə gün daha davam edəcəyini bildirib.
Bu, əvvəllər İsrail və HƏMAS arasında münaqişələr, eləcə də Ukraynadakı müharibə səbəbindən bir çox məhdudiyyətlərlə üzləşmiş aviasiya sənayesinə yeni zərbədir.
“İran səmasından hava yolları şirkətləri Avropa və Asiya arasında uçuşlar üçün istifadə edir və marşrutlar indi iki alternativ yolla məhdudlaşa bilər - ya Türkiyə, ya da Misir və Səudiyyə Ərəbistanı”, - deyə Zi bildirib.
Mənbə: BBC























































