Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
24-10-2026, 12:16

Sürücülərin nəzərinə!

Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

11 Aprel 2024 10:11Manşet / Gündəm

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

 

“Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək”.

Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.