Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

01 Nis 08:47Manşet / Gündəm

Türkiyədə seçkidə səslərin 99 faizdən çoxu hesablanıb

 

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə verilən səslərin 99 faizdən çoxu hesablanıb.

Yerli mətbuat xəbər verir ki, ölkə üzrə qutuların 99,37 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,53 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

Türkiyənin Ali Seçki Komissiyası seçkinin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir.

02:20

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkinin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

Türkiyə üzrə sandıqların 90,81 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,32 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,78 faizlə ikinci sıradadır.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yenerin dediyinə görə, yekun nəticə aprelin 1-də gündüz saatlarında açıqlanacaq. 

31.03.2024, 23:09

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkinin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

İndiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,56 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,31 faizlə liderdir.

İzmirdə də CHP namizədi irəlidədir. Belə ki, Cemil Tugay 48,08 faiz səs toplayıb.

Mənbə: Haber Global

21:16

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkisi çərçivəsində bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.

Seçki qutularının 22,52 faizi açılıb.

Ölkə üzrə ilkin nəticələrə əsasən CHP liderdir. Özgür Özelin partiyası 39,24 faiz səslə irəlidədir.

“AK Parti” isə 38,16 faiz səslə ikincidir.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə ilk sıradadır.

Mənbə: Haber Global

20:38

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkisi çərçivəsində bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.

Seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.

Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.

Böyük Şəhər bələdiyyələri üzrə də ilkin nəticələr açıqlanıb.

Ümumi seçki qutularının 12,77 faizi açılıb.

Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,41% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan sandıqlara əsasən hələlik seçicilərin 42,03%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 55,25% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 37,08% toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% səslə ilə ikinci sıradadır.

Mənbə: Haber Global

18:08

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkisində səsvermə başa çatıb.

Seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.

Seçki çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Bundan əlavə, media tərəfindən seçkinin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

Mənbə: Haber Global

17:26

Türkiyənin 32 vilayətində saat 07:00-da başlayan yerli idarəetmə orqanlarına seçki üçün səsvermə başa çatıb.

Məlumata görə, digər vilayətlərdə səsvermə bir saata bitəcək.

Seçicilər siyahısındakı seçicilərin hamısı səs vermiş olsa belə, qutular yerli vaxtla saat 17:00-dan sonra açılacaq.

İlk olaraq bələdiyyə sədrinin bülletenləri hesablanacaq.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçki keçirilir.

Mənbə: Haber Global

09:24

Türkiyədə 30 böyük şəhərin bələdiyyə sədrlərinin seçiləcəyi bələdiyyə seçkisində səsvermə başlayıb.

Səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Sosioloqlar seçkidə əsas qarşıdurmanın İstanbul və Ankara ətrafında baş verəcəyini gözləyirlər.

Seçki günü ölkədə siyasi təşviqat və spirtli içkilərin satışı qadağan edilir, səsvermə zamanı əyləncə məkanları bağlanır. Seçki məntəqələrində bülletenlərin doldurulması üçün kabinələrə foto və video çəkiliş qabiliyyətinə malik mobil telefonların gətirilməsi qadağandır.

Seçkinin ilk nəticələrinin axşam saatlarında məlum olacağı gözlənilir. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, yerli seçkinin nəticələri ləğv olunarsa, proses iyunun 2-də yenidən keçiriləcək.

Mənbə: TASS