Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Vaqif Həsənov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov "Heydər Əliyevin 100 illiyi(1923-2023)" yubiley medalı ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlunun təltif edildiyi "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev tərəfindən RİH başçısına təqdim edilib.
Rayon İcra Hakimiyyətinin başçısı ali təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Bundan sonrakı fəaliyyətində də, ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın etimadını doğrultmağa çalışacağını vurğulayıb.
P.S. Biz də "İfadetv.com" redaksiyasının kollektivi olaraq Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənovu səmimi qəlbdən təbrik edirik. İşlərində uğurlar, uzun ömür, can sağlığı arzulayırıq. Dövlətə və dövlətçiliyə göstərdiyi xidmətlərini biz də alqışlayırıq və uğurlarının davamlı olmasını diləyirik.



























































