VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İcma: “Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir”
“Ermənistanın xarici işlər nazirinin Ararat Mirzoyanın dünən Haaqada etdiyi çıxış onu göstərir ki, ya Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da elə özü onlara gecə-gündüz Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib və bir növ, rol bölgüsü aparıb”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Ermənistanın 30 il ərzində beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurması, hətta onlara kinayə ilə yanaşması fonunda bu gün elə həmin erməni diplomatlarının BMT Təhlükəsizlik Şurasından, Beynəlxalq Ədalət Məhkəməsindən, Fransa senatından, Litva XİN-dən, Rasmus Kanbak, Lindsi Snell kimi irqçi və muzdlu mirzələrdən, saman çöpündən mədət umması onların düşdüyü acınacaqlı vəziyyətin bariz göstəricisidir.























































