Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
Dünən, 11:53

Sabah hava necə olacaq?

Günün ikinci zəlzələsi
31-07-2025, 12:35

Günün ikinci zəlzələsi

Kəlbəcərdə zəlzələ oldu
31-07-2025, 10:17

Kəlbəcərdə zəlzələ oldu

ŞEİRİNƏ SIĞMAYAN ŞAİR
30-07-2025, 14:26

ŞEİRİNƏ SIĞMAYAN ŞAİR

04 Fevral 2024 09:18Manşet / Gündəm / Sosial

Üç yaşlı Orxanın anası: “Yeganə övladımın yaşaması üçün yardıma ehtiyacımız var”

 

Üç yaşlı Orxanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nuranə Hüseynova məlumat verib.

O bildirib ki, övladı hemofiliya (qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir) xəstəliyindən əziyyət çəkir.

“Orxanın üç yaşı var. Anadangəlmə hemofiliya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz gündən müalicələrini davam edirik. Həkimlər 14 yaşına qədər davamlı müalicələr almalı olduğunu deyib. Müalicələr üçün aylıq 700-800 manata ehtiyacımız olur”.

Nuranə Hüseynova Orxanın onun yeganə övladı olduğunu deyib.

“Biz Bakıda kirayə yaşayırıq. Orxan mənim yeganə övladımdır. Evdə yalnız yoldaşım işləyir, inanın onun gəliri ilə günlük xərclərimizi güclə qarşılaya bilirik. Mən övladıma görə işləyə bilmirəm. Yardımsevər şəxslərdən övladımı bu yolda tək qoymamağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 679-53-85

Yardım üçün kart nömrəsi: 4169 7388 8626 3296

Bizimlə əlaqə saxlayın