26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Məzahir Pənahovdan beynəlxalq müşahidəçilərə çağırış
Növbədənkənar prezident seçkisi ilə əlaqədar yaradılmış Müstəqil Media Mərkəzinə baxış keçirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb.
Oxu.Az-ın məlumatına əsasən, Məzahir Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gedərək orada yaradılmış seçki mühiti ilə tanış ola bilərlər.
“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən də bu məsələni gündəmə gətirmələrini istərdim”, - deyə Məzahir Pənahov əlavə edib.
“Seçkilərdə xüsusilə beynəlxalq müşahidəçilər düzgün müşahidə aparmaq missiyasını yerinə yetirməlidirlər. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdəki seçki prosesini müşahidə etməlidirlər. Bunu ən yüksək səviyyədə onların diqqətinə çatdırmaq lazımdır”, - deyə Məzahir Pənahov əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkidə 7 prezidentliyə namizəd mübarizə aparacaq.























































