Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
Suraxanı rayonu Bakıxanov qəsəbəsi 105 saylı körpələr evi-uşaq bağçasının müdiri Arzu Talıbova – Dövlətin təhsilə diqqət və qayğısı
Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq bağçasının müdiri Əsli Alıyeva – “ Uşaqlara qayğının təməlində sevgi dayanır”
Millət Vəkili Nəsib Məhəməliyev – Xalqın etimadını doğruldan, dövlətin etibarlı nümayəndəsi
QHT sədri Yasəmən Qəyyumlunun təşəbbüsü ilə “Məktəbli məktəbə getsin” layihəsinin icrası davam edir.
Millət Vəkili, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev – Dövlətə, idmana və şəhid ailələrinə sədaqət nümunəsi
ABŞ-li professor İlham Əliyevin mövqeyini şərh etdi: “Gələcəyə baxışı aydınlaşdırır”
ABŞ-nin Tennesi Texnoloji Universitetinin professoru Maykl Qanter Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanla bağlı səsləndirdiyi mövqeyə münasibət bildirib.
Qanter Oxu.Az-a açıqlamasında deyib ki, İlham Əliyev suallara hərtərəfli cavablar verib.
Professor Qantar deyir ki, İlham Əliyevin konsepsiyaları mərhum atası, keçmiş prezident Heydər Əliyevin konsepsiyalarına əsaslanır.
Onun fikrincə, İlham Əliyev Heydər Əliyevin prezident olduğu 1993-2003-cü illəri Azərbaycan tarixinin ən mühüm dövrü kimi xarakterizə edir:
“İlham Əliyev atasının ikinci dəfə hakimiyyətə gəlişini və onun iqtidar dövrünü əhatə edən 1993-2003-cü illəri Azərbaycanın ən yaxın siyasi tarixinin ən mühüm dövrü kimi görür. Çünki məhz o zaman yeni dövlət öz inkişaf yoluna qədəm qoydu, vətəndaş müharibəsinə son qoyuldu və bu dövrdən etibarən yenidən formalaşmağa, inkişaf etməyə başladı”.
“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Heydər Əliyevin təqdim etdiyi sabitlik kursunun davamı idi. Prezident İlham Əliyev başa düşürdü ki, beynəlxalq hüquq onun dövlətinə ərazi bütövlüyünü bərpa etməyə imkan verməyəcək. Ona görə də Azərbaycan özü ədaləti təmin etməli idi. İlham Əliyev separatizmə tamamilə son qoymaqla yarımçıq qalan işləri başa vurdu”, - deyə professor belə düşünür.
İlham Əliyev yanvarın 10-da yerli jurnalistlərə verdiyi müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Bakının təqdim etdiyi sülh modelindən danışıb.
Dövlət başçısının dediyindən aydın olur ki, Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilə mümkün sülh müqaviləsi ayrı-ayrı mərhələdə həyata keçirilməlidir.
Bundan başqa İlham Əliyev Zəngəzur dəhlizi layihəsinin vacibliyinə diqqət çəkib və Ermənistanın buna razılıq verməyəcəyi təqdirdə əbədi dalan olacağını bildirib. İlham Əliyev regionda təhdid yaratmaq istəyən qüvvələrdən də danışıb və bu məsələdə Fransanın adını xüsusilə çəkib.
Qanter deyir ki, Fransanın Ermənistanı dəstəkləməsi bu ölkədə nisbətən böyük erməni diasporunun olması ilə əlaqədardır.
“Mümkün təhdidlərə, Fransanın Ermənistana dəstəyinə rəğmən, İlham Əliyev açıq şəkildə bildirdi ki, Ermənistana qarşı növbəti müharibə istəmir və qanuni erməni maraqlarının heç birini təhdid etmir. Ona görə də onun çıxışı Azərbaycan-Ermənistan münasibətlərinə müsbət gələcək gətirir”, - deyə professor şərh edib.
O hesab edir ki, Prezidentin suallara hərtərəfli cavab verməsi Azərbaycanın Qarabağda öz suverenliyini yenidən təsdiqləməsi fonunda gələcəyə baxışı aydınlaşdırır.
“İlham Əliyevin dedikləri çox müsbət məqsədlərə xidmət edir”, - deyə Qanter fikrini tamamlayıb.