26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Təbiətə 15 min manatlıq ziyan vuran şəxsin cəzası azaldıldı
Ali Məhkəmədə qanunsuz ağac kəsmədə təqsirləndirilən Qasım Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmünə görə, məhkum Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib təyin edilmiş 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 3 il müddətinə endirilib və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
İttihama görə, Qasım Məmmədov 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolu ağac və kollardan təmizlətdirib. O bu məqsədlə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək ağacları kəsdirib, o cümlədən böyürtkən kollarını kökündən çıxartdırıb.
Beləliklə, Qasım Məmmədov ümumilikdə təbiətə küllü miqdarda, yəni 14 910 manat məbləğində maddi ziyan vurub.























































