MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Bakı metrosu bayram günlərində iş rejimini dəyişdirəcək
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
“Nazirlər Kabinetinin qərarına əsasən, 30 dekabr 2023-cü il şənbə və 2024-cü ilin 7 yanvar tarixi bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metrosunda qatarların hərəkəti payız-qış qrafikinin iş günlərinə uyğun tənzimlənəcək. “28 May” - “Həzi Aslanov” sahəsində gur saatlarda qatarlar arasında 2 dəqiqəlik interval olacaq. Metropolitendə gur saatlar səhər saat 07:00-dan 10:00-a, axşam saatlarında isə 17:30-dan 19:30-a qədərdir.
Dekabrın 31-i və 2024-cü il yanvarın 1-i “28 May” - “Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 2,5 dəqiqəlik intervalla nizamlanacaq. Lakin şəhər mərkəzinə bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlər nəzərə alınaraq, ehtiyat qatarlar günün istənilən vaxtı müxtəlif istiqamətlərdən xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Həmin məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.
Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə gecə çıxacaq paytaxt sakinləri və qonaqların maraqları nəzərə alınaraq, dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
2024-cü il yanvarın 2-dən 6-na qədər “28 May” - “Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 3 dəqiqəlik intervalla tənzimlənəcək. Ancaq sərnişin axınının istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, 30 dekabr - 7 yanvar iş günləri, 31 dekabr - 1 yanvar şənbə günləri və 2-6 yanvar tarixlərində bazar günlərinin hərəkət cədvəlindən istifadə etsinlər”, - qurumdan bildirilib.
Yeni ilin gəlişinin yüksək ovqatla qeyd edilməsi və bayram günlərində bütün sərnişinlərin metropolitendən rahat və təhlükəsiz istifadə etməsi üçün “Bakı Metropoliteni” neqativ hallara yol verilməməsi, istifadə qaydalarına və ictimai asayişin tələblərinə, həmçinin sanitar-gigiyenik normalara ciddi riayət edilməsini xahiş edib.























































