Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

16 Dekabr 2023 09:50Manşet / Gündəm

Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günü keçirilir

 

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayının ikinci günü keçirilir.

Oxu.Az-ın məlumatına görə, tədbirin ikinci günündə panel sessiyaları keçirilir.

“İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularında müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil olunur.

İlhamə Əbülfət