Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
İş adamı Eldar müəllim: Prezident İlham Əliyev – Müzəffər Ali Baş Komandan, güclü dövlətin memarı
Ədalət Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, mədəniyyət və milli həmrəyliyin rəmzi
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
İş adamı Cəbrayıl Cəbrayılov: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Milli birliyin və qələbənin simvolu
İş adamı Zaur Abdullayev: Prezident İlham Əliyev – Qətiyyət, dövlətçilik və dünya Azərbaycanlılarının birlik rəmzi
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Vətənpərvər xanım Lətifə Əhmədova: Prezident İlham Əliyev – Güclü dövlət iradəsinin və milli qürurun təntənəsi
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Yetkin insanlar da qızılcaya qarşı peyvənd olunsunlar - Həkim peyvəndlə bağlı bilinməyənləri açıqladı - FOTO
Hazırda Azərbaycanda və digər ölkələrdə sürətlə yayılan qızılca xəstəliyi ilə əlaqədar az qala həyəcan təbili çalınmaqdadır. Adətən, uşaqların yoluxduğu bu virus artıq böyüklər arasında da müşahidə edilməyə başlayıb. Elə bu səbəbdən, qızılca xəstəliyinə qarşı peyvəndləmə də aktuallaşıb və özü ilə bərabər bir çox sualların yaranmasına gətirib çıxarıb.
Qızılca peyvəndi və onun vurulma qaydaları haqqında Oxu.Az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyevin sözlərinə görə, bu peyvənd iki dozada nəzərdə tutulub:
“Qızılca ilə bağlı peyvəndin birinci dozası uşağın 12 aylığında, ikinci dozası isə altı yaşında vurulmalıdır. Bu, peyvənd protokoluna uyğun belədir. Əgər böyük insanlar qızılca peyvəndini vurdurursa, ilk doza ilə ikinci dozanın arasında 28 gün fərq olmalıdır. Epidemioloji vəziyyət olduğu zaman xüsusi riskli şəxslərə bu peyvəndlərin vurulması daha da aktual sayılır.
Hazırda poliklinikalarda müvafiq peyvəndlər var və bununla əlaqədar müraciətlər çox olsa belə, problem yaşanacağını hesab etmirəm. Amma özəl səhiyyə müəssisələrində də bu tibbi xidməti almaq istəyən olarsa, müraciət etdikdə, ödənişli şəkildə qızılca peyvəndi oluna bilərlər”.
Həkim-infeksionist vurğulayıb ki, hazırda qızılcaya qarşı vurulan peyvəndlərin 95-96 faiz qoruyuculuğu mövcuddur:
“İki doza peyvənd vurulan şəxslərdə virusa qarşı anticisimlərin yaranması 96 faizdir. Bu peyvəndləri vurdurmuş şəxslər artıq yoluxmuş sayılır. Bir dəfə qızılca keçirən şəxs ikinci dəfə bu virusa yoluxmur.
Mövcud durum epidemioloji vəziyyətdir. Qızılca virusu sürətlə yayılan xəstəlikdir. Ən yaxşı qorunma vasitəsi isə peyvənddir. İnsanlar nə qədər xəstə insanla təmasdan qaçsalar belə, yoluxa bilərlər. Qızdırma olub, səpkilər müşahidə edilmədiyi dönəmdə belə qızılcaya yoluxma mümkündür.
Uşaq yaşlarında peyvənd olunub-olunmadığını bilməyən, xatırlamayan şəxslər bunu test vasitəsilə yoxlaya bilərlər. Qan analizində anticisimin miqdarına baxılır, əgər bu varsa, deməli həmin şəxs qızılcanı ya keçirib, ya da peyvənd olunub. Bunu yoxlamaq imkanı olmayan şəxslər yenə də peyvənd oluna bilərlər. Artıq dozanın qəbulu əks göstəriş deyil. Qeyd etdiyimiz kimi, dozaların qəbulu arasındakı vaxt 28 gündən çox olmalıdır”.
Aysel Aslan























































