Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
“Səbail”in oyun vaxtı huşunu itirən futbolçusunun son durumu açıqlanıb
“Hazırda futbolçunun vəziyyəti sabitdir”.
Bunu “Report”a açıqlamasında “Səbail”in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirən Ağabala Ramazanovun son durumu haqqında danışarkən deyib.
Klub rəsmisi 30 yaşlı hücumçunun xəstəxanada olduğunu bildirib:
“Həkimlərdən növbəti dəfə onun durumunu soruşdum. Vəziyyəti sabitdir, dəyişən bir şey yoxdur. Hazırda da həkimlərin nəzarətindədir”.
Ağabala Ramazanov qarşılaşmanın 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyət dərhal oyunçuya müdaxilə edib. O, daha sonra xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.























































