Xəbər Lenti
Dünən, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
Dünən, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 10:29
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 09:55
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 13:46
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 13:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 13:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
AVMVİB Veteranları Qazaxstanda Anım mərasimi keçiriblər.
29 oktyabr 2023-cü il tarixində Qazaxstanda səfərdə olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndə heyəti Karaqanda şəhərində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar elan olunmuş matəm günündə Almatı şəhərinin "Əbədi məşəl" parkında Anım tədbiri keçirib. Mərasimdə Azərbaycanın Almatı şəhərindəki Konsulu Anar Hüseynzadə, Qazaxstanın Generallar Şurası nın Sədri general-mayor Mahmud Tulegenov, Qazaxstan veteranlarının sədri Murad Muhamedjanov, AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, Veteranlar və ictimaiyyət nümayəndələri iştirak etdilər. Əbədi məşəl önünə tər çiçəklər düzüldü və həyatını itirən mədənçilərin ruhuna dualar oxundu.
Allah rəhmət eləsin.
Fərid Səfərov
AJB-nin üzvü






























































