26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
İsrail Qəzza zolağından raket atəşinə tutulub - YENİLƏNİB
Qəzza zolağından İsrailə raketlər atıldığına görə İsrailin baş naziri Benyamin Netanyahu yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirəcək.
Bundan əvvəl İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazilərdə, eləcə də Təl-Əviv ərazisində hava siqnalları səslənməyə başlayıb.
Xatırladaq ki, Qəzza zolağı faktiki olaraq Fələstinin HƏMAS hərəkatının nəzarəti altındadır və İsrail onu terrorizmdə, onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.
09:25
İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında bildiriblər.
“Qəzza zolağından İsrailə raketlər atılıb”, - deyə xəbərdə qeyd olunub.
İsrailin cənub və mərkəz sakinlərindən qorunan ərazilərin yaxınlığında qalmaları və təlimatlara əməl etmələri istənilib.
Qeyd edək ki, raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
Mənbə: Rbc























































