Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
XIZIR BABA KİMDİR?

-Xızır Baba 2019-cu ildə fəaliyyətə başlayaraq imkanı məhdud gənclərin arzularını həyata keçirmək üçün bir çox işlər görüb. Xızır Babanın ən böyük missiyası insanlarda, xüsusilə gənclərdə gələcəyə ümid yaratmasıdır.
XIZIR BABA TƏQAÜD PROQRAMI
Maddi imkanı məhdud potensiallı və inkişafa açıq 17-25 yaş arası gənclərin ehtiyacı olan təlim və kursların təmin edilməsini hədəfləyir.
Qeyd edək ki, bu zamana qədər 120 tələbə Xızır Baba təqaüdündən yararlanıb.
XIZIR BABA TƏQAÜD PROQRAMI KİMLƏR ÜÇÜNDÜR?
-İmkansızlıqdan kurslara gedə bilməyən tələbələr var. Təqaüd proqramı əsasən ailə vəziyyəti ağır olan çalışqan, savadlı, təhsil almağa həvəsli namizədlər üçün nəzərdə tutulub.
FƏALİYYƏTLƏR
Xızır Baba təqaüdçüləri aşağıda qeyd olunan kursları almaqla bərabər MBA tərəfindən ixtisaslarına uyğun təcrübə proqramlarına, şəxsi inkişafları üçün seminarlara və sosial fəaliyyətlərə cəlb olunacaqlar. Seminarlar MBA tərəfindən, təcrübə proqramları partnyor şirkət olan AKİAB (Biznes inkişaf platformasıdır və 300+ şirkət AKİAB-a üzvdür) tərəfindən təmin ediləcək.
KİMLƏR TƏQAÜD QAZANA BİLƏCƏKLƏR?
Təqaüdçülər “Xızır Baba” təqaüdünün seçim qaydalarına əsasən seçiləcək.
Seçim turu 2 mərhələdə aparılacaq.
Seçim turu hansı mərhələlərdən ibarətdir?
Onlayn müraciət və müsahibə mərhələsi
Onlayn qeydiyyat üçün tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsi; Tərcümeyi-hal; Tövsiyə məktubu; Tələbə bileti (əgər tələbəsinizsə); Motivasiya məktubu.
Müsahibə mərhələsi aşağıdakı nüanslar üzrə qiymətləndiriləcək:
Özünü ifadə; bilik-bacarıq
Namizədlər 100 ballıq şkala ilə qiymətləndiriləcək:
Akademik göstəricilər: 40 bal
Motivasiya məktubu: 20 bal
Tərcümeyi-hal: 10 bal
Tövsiyə məktubu: 10 bal
Özünü ifadə: 10 bal
Bilik-bacarıq: 10 bal
HANSI KURSLARI ƏLDƏ EDƏ BİLƏCƏKSİNİZ:
İngilis dili; rus dili; Sosial Media Marketinq; “Biznesini qur” təlimi; marketinq təlimi.
DƏYƏRLƏRİMİZ:
ƏMƏKDAŞLIQ: Sağlam iş mühiti yaradır və daha yüksək nəticələrə gətirib çıxarır.
GƏLİRLİLİK: Biz öz sərmayəçilərimizin və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq.
SAHİBKARLIQ RUHU: Heyətimiz sərmayəçilərə qayğı və diqqətlə yanaşır.
KEYFİYYƏT: İşimizin keyfiyyəti heyətimizin peşəkarlığı və sərmayəçilərin fədakarlığı ilə düz mütənasibdir.
DÜRÜSTLÜK: Səlahiyyətli şəxslərin bizə olan etimadını hər zaman doğrultmağımız və onların etimadını qazanmaq deməkdir.
Xızır babaya dəstək olmaq üçün sərmayəçilər axtarışındayıq
Belə ki, təqaüd proqramı bir sərmayəçi üçün 10 aylıq olacaq və ümumi bir məbləğ təyin olunacaq. Hər ay sizin yatırdığınız bu məbləği biz digərləri ilə toplayaraq təqaüdçülərə təhsil formasında çatdırırıq.
Bu proqramın sərmayəçisi olaraq qazanacaqlarınız:
1. Maddi və mənəvi kapitalınız olacağıq;
2. Ən doğru PR platformu ilə təmin olunacaqsınız;
3. Şirkətiniz üçün ən qısa zamanda düzgün kadr seçə biləcəksiniz.
Xızır Baba təqaüd proqramına sərmayəçi olmaq üçün bizimlə əlaqə saxlayın:
055-577-85-15
Mail ünvanı: [email protected]


































































