Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Türkiyəli professor İstanbul zəlzələsi ilə bağlı: “800 mindən çox insanın həyatı təhlükə altında qala bilər”
Türkiyəli professor, yerşünaslıq üzrə alim Naci Görür mümkün İstanbul zəlzələsi ilə bağlı açıqlamalar verib.
“Zəlzələnin mənbəyi yerin daxilindədir. Onu Amerika gəmisi, yaxud kosmosda hərəkət, isti və ya soyuq hava ilə əlaqələndirmək mənasızdır”, - deyə Naci Görür bildirib.
Naci Görürün sözlərinə görə, Şimali Anadolu qırılma xəttinin şimal qolu Mərmərə qırılma xəttidir, uzunluğu 160 kilometrdir, Tekirdağ, Adalar və Kumburqaz adlı 3 hissədən ibarətdir. “Bu qırılma xətti qapalıdır və orada gərginlik yığılmağa başlayır. Süxurları sındırmaq üçün yığılan qüvvəyə gərginlik deyilir. Beləliklə, bu qırılma xətti güc yığır. Kumburqaz və ya Adalar qırılma xətlərinin sınmasını gözləyirik. Əgər bu xətlər sınarsa, baş verəcək zəlzələnin gücü 7,2-7,6 bal olacaq. Deməli, İstanbulda minimum 7,2 bal gücündə zəlzələ gözləyirik. Tekirdağ qırılma xəttinin sınması ehtimal olunmur. Dəniz tədqiqatları zamanı Tekirdağ xəttinin 1912-ci il Şarıköy zəlzələsində sındığını və enerjisini boşaltdığını düşünürük”, - deyə o qeyd edib.
Naci Görürün fikrincə, İstanbulda sürüşmə sürətinə görə Avropa hissəsi ən riskli zonadır, Anadolu hissəsində isə dərələr, su axını kanalları və çimərliklər istisna olmaqla torpaq sürüşməsi riski yoxdur.
Görürün sözlərinə görə, zəlzələlərə qarşı keyfiyyətli binalar inşa etmək kifayət deyil. “Torpaq qatını nəzərə almayan inşaatçılar məyusluq yaşaya bilərlər”, - deyə o nəzərə çatdırıb.
Naci Görür bildirib ki, İstanbulda mümkün zəlzələ zamanı 100 minə yaxın bina çökə bilər. “20 min binanın dağılması halında belə 800 min insanın həyatı təhlükə altında qala bilər”, - deyə o vurğulayıb.
Mənbə: Oxu.Az





















































