Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
İlon Mask iranlı qadınlarla eyni mükafata namizəddir
Amerikalı sahibkar İlon Mask və vətənlərində hüquqları uğrunda mübarizə aparan iranlı qadınlar Avropa Parlamentinin Andrey Saxarov adına “Fikir Azadlığı Mükafatına” namizədlər siyahısına daxil ediliblər.
Mask əvvəlki “Twitter” rəhbərliyinin istifadəçilərin ifadə azadlığına zərər vuran hərəkətlərini ifşa etdiyinə görə mükafata namizəd olub.
“O, bu təcrübəyə son qoymaq istəyir və insanların siyasi baxışlarına görə platformaya girişinin qadağan edilməsinə qarşıdır”, - mətbuat xidməti əlavə edib.
Siyahıya həmçinin 2022-ci ildə vəfat edən Məhsa Əmini və öz hüquqları uğrunda mübarizə aparan “İran qadınlarının” kollektiv obrazı da daxildir.
Həmçinin, Saxarov mükafatına Əfqanıstan, Gürcüstan, Uqanda və Nikaraquadan olan hüquq müdafiəçiləri də namizəddirlər.
Mükafatın qalibi oktyabrda müəyyənləşəcək. Mərasim Avropa Parlamentinin dekabrda Strasburqda keçiriləcək plenar sessiyasında baş tutacaq.
Mənbə: Oxu.Az























































