“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Məşhur şirkət Natali Portman və Adam MakKey ilə müqaviləni dayandırıb
“Apple” şirkəti ssenarist və aktyorlar birliklərinin davam edən tətili fonunda ulduzlarla uzunmüddətli və prioritetli müqavilələrini dayandıran bir sıra digər böyük Hollivud studiyalarına qoşulub.
Məlumata görə, növbəti “qurban” Natali Portman və onun “Apple” şirkətinin son illərdə əməkdaşlıq etdiyi “MountainA” istehsalat studiyası olub. Müqavilə tətillər bitdikdən sonra yenilənə bilər. Həmçinin rejissor Adam Makkey ilə əməkdaşlığa müvəqqəti xitam verildiyi barədə də məlum olub.
Eyni zamanda bildirilir ki, “Apple” hələ də Amerika Ssenaristlər Gildiyasına daxil olmayan Martin Skorsese, Tom Henks və başqaları ilə genişmiqyaslı müqavilələr bağlayır. Müqavilələrin bu formada dayandırılması tətillər fonunda adi hala çevrilib və bir sıra digər media şirkətləri artıq oxşar addımlar atıb. “Warner Bros. Discovery” bir sıra sövdələşmələri, o cümlədən Qreq Berlanti və Cey Cey Abrams kimi məşhur kinematoqraflarla, “NBC Universal” isə Dueyn Consonun müqavilələrini dayandırıb.
Mənbə: Oxu.Az























































