Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Ərdoğan Liviyada baş vermiş təbii fəlakətlə əlaqədar paylaşım edib
“Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin koordinasiyası ilə bu səhər Benqaziyə üç təyyarə reysi uçub”.
Bu sözləri özünün “X” sosial şəbəkə hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
Türkiyə lideri qeyd edib ki, Ankara Liviyada baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Benqaziyə 168 nəfərdən ibarət həyət, iki xilasedici qayığı, 170 çadır, 20 generator və digər zəruri yardım avadanlıqları göndərib.
R.T.Ərdoğan, həmçinin bildirib ki, AFAD-ın şəxsi heyətindən başqa Türkiyə Təhlükəsizlik Baş İdarəsinin və Jandarm Baş Komandanlığının əməkdaşları da Liviyaya ezam olunacaqlar.
Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.























































