SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib.
Qurum verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi formada riayət etməyi xahiş edir.
“Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələrini sürüşmə, uçma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin, həmçinin ikitəkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlərin isə daha da məsuliyyətli olmalarını, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamamağı, daşıdıqları yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməsini, piyadalara qarşı isə yolu keçərkən sürücülər tərəfindən diqqəti artırmağı xahiş edirik!”, - İdarədən bildirilib.























































