ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Zed nəslin nümayəndələri
“Z”nəslin nümayəndələri
Zed nəslin nümayəndələri kimlərdir?
"Generation Z" təqribən 1997-2012 - ci illərdə dünyaya gələn insanlar üçün istifadə edilən termindir. Onları həmçinin “zumer” deyə də adlandırırlar. İlk dəfə amerikalı tədqiqatçılar Nil Hov və Villiam Ştraussun nəzəriyyəsi əsasında bu termin bizim dilimizə də artıq gəlib çatıb.
“Z “nəslinin uşaqları çox sürətli, iddialı, müstəqilliyi sevəndirlər. Qadjetləri yaxşı bilir, çoxları məktəbdə oxuyarkən artıq internetdən pul qazanmaq səriştələrinə yiyələnirlər. Bu cür uşaqlar və yeniyetmələr böyüklərin tənqidinə tez tez tuş
gəlirlər. Çünki düşüncələrinin, hərəkətlərinin və əhval ruhiyyəllərinin sürətinə bəzən böyüklərin çatması çətin olur.
Bu uşaqlar daim “telefonda və ya kompüterdə oturduqlarından”, "TikTok"da, "Instagram"da ," YouTube"da qısa videolara - "reels" lərə baxdıqlarından valideynlər çox əsəbiləşirlər. Onların fikrinə görə indiki uşaqlar hövsələsiz, dayaz düşüncəli və hər şeyi indi və bu dəqiqə əldə etmək istəyənlərdir. Hər zaman yenilikləri səvən və bunu ətrafdakılardanda tələb edənlərdir.
Amma bir məqamda var ki, ”Z” lər çevik, zəkalı, kreativ, 3D formatında fərqli rakursdan vəziyyətə baxıb verilən hər bir tapşırığa tez bir zamanda yerinə yetirənlərdir.
Tez-tez böyüklərdən "bizim vaxtımızda hər şey fərqli idi" cümləsini eşidirik. Bu cür uşaqlar hansısa dahi yazıçının əsərini oxuyub başa vura bilmirlərsə, bu o demək deyil ki, onlar savadsızdırlar. Onlar indi audiokitablardan, vidioformat şəklində istənilən görüntülü səsli kitablardan isitifadə edirlər.
Asanlıqla istənilən yazıçının və ya elm xadimi haqqında məlumat toplayıb təqdim edə bilirlər. "Zoomer uşaqlar" həqiqətən internetdə çox vaxt keçirirlər, onlayn ünsiyyət qururlar, canlı tanışlıqlara və ünsiyyətə az üstünlük verirlər.
Müasir həyatın üstünlükləri olsa da, bəzi çətinlikləri də mövcuddur. Bu zamanədə bir çox valideyn uşaqları ilə kifayət qədər vaxt keçirmir, ən əsası isə onlar ilə az ünsiyyət qururlar, müzakirələr aparmırlar, onlar ilə məsləhətləşmirlər. Buna görə də uşağın daxili tənhalığı onu internetdə daha çox olmağa sövq edir.
"Zumer uşaqlar"ın öz fikirləri var və onlar öz fikirlərini söyləməkdən çəkinmirlər, açıqsözlü və manipulyasiya etməyi çox sevirlər.
"Z nəsli"n nümayəndələri, xüsusən yeniyetmələri nə istəyirlər? Onlar öz hədəfləri ilə çox fərqli bir dünyada yaşayırlar. Onlar üçün rəqəmsal xidmətlər və informasiya texnologiyaları gündəlik həyatın ayrılmaz hissəsidir. Onların peşə olaraq seçdikləri nələrdir? İT kompüter mühəndisliyi, fashion interyer - dizayn, elm, tibb və həmçinin aşpazlıq ilə bağlı peşələrə üstünlük verirlər. Bir çoxları blogger olmaq arzusundadır.
Klinik psixoloq
Nigar Cəbrayılova























































