Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Ermənistana növbəti diplomatik zərbə vuruldu
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında (TŞ) Ermənistanın təşəbbüsü ilə "Qarabağ ermənilərinin durumu"na dair aparılan müzakirələr Azərbaycanın diplomatiya tarixinə növbəti uğur kimi düşdü. Həm Azərbaycanın BMT-dəki nümayəndəliyinin, həm də ümumiyyətlə, xarici siyasəti həyata keçirən qurumların bu günə qədər apardıqları fəaliyyət, peşəkarlıq ötən gün öz nəticəsini verdi. Müzakirələr BMT TŞ-də təmsil olunan ölkələrin əksəriyyətinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşdıqlarını göstərdi. Həmin ölkələrin nümayəndələri öz çıxışları ilə təkcə Azərbaycana dəstək vermədilər, həm də ədaləti, haqqı, beynəlxalq hüququ müdafiə etdilər.
Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət dostlarımızın sayının artması ilə nəticələnir. Bu gün uğurlu xarici siyasətin əhəmiyyətini, bəhrəsini görürük. Təhlükəsizlik Şurasının iclası göstərdi ki, biz təkcə Ermənistanla deyil, onun himayədarları ilə də mübarizə aparırıq. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı BMT TŞ-dəkı müzakirələri qələbə kimi ermənilərə təqdim etdi. Təbii ki, N.Paşinyanın yalan danışmaq, öz xalqını aldatmaq kimi qeyri-adi bacarıqları var. Sözdə ölkəmizin ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan əslində Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycana reinteqrasiya siyasətinə qarşı çıxır. Ermənistanın baş naziri və ətrafı tez-tez Azərbaycanı “etnik təmizləmə”də ittiham edir. Əlbəttə ki, bütün bu yalanlar beynəlxalq ictimaiyyəti çaşdırmaq, ölkəmizi gözdən salmaq məqsədi güdür. N.Paşinyan bölgədə sülhün və sabitliyin təmin olunmasını istəyirsə, BMT Təhlükəsizlik Şurasına, Avropa Ədalət Məhkəməsinə deyil, Azərbaycana müraciət etməli, rəsmi Bakının 5 bəndlik sülh təklifinə “hə” deməlidir. Azərbaycanla birbaşa konstruktiv danışıqlar aparmaqla sülh və sabitlik əldə etmək mümkündür.
Ermənistanın ardıcıl şəkildə məğlubiyyət yaşamasının günahı məhz onların siyasi rəhbərliyindədi. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan BMT-nin qətnamələrini belə kağız parçası kimi kənara atdı, beynəlxalq çağırışlara qulaq asmadı, heç bir sözə, vədə əməl etmədi. Beynəlxalq ictimaiyyət onların bu ədalətsizliyinə illərlə göz yumdu. Dünyada müəyyən qüvvələr indi də ermənilərin hay-küylərini ciddiyə alır, onlara inanırlar. BMT Təhlükəsizlik Şurasında Qarabağdakı ermənilərlə bağlı iclasın çağırılmasının özü İrəvanın beynəlxalq müstəvidə Azərbaycana qarşı apardığı siyasi-şounun, qarayaxmanın nəticəsində mümkün oldu. Amma biz onların çirkin siyasi-diplomatik kampaniyalarını özlərinə qarşı çevirdik, beynəlxalq tribunada erməni yalanlarını ifşa etdik. Ermənistan üzərində hərbi qələbəmiz tamamlansa da, diplomatik müharibəmiz davam edir. Biz bu istiqamətdə də nəzərəçarpacaq qədər böyük qələbələr qazanırıq. Azərbaycan tərəfi Ermənistanın saxta iddialarına və anti-Azərbaycan qüvvələrinə tutarlı cavablar verdi. Bütün bunlar onu göstərir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə meydanında olduğu kimi, diplomatiyada da qazanılacaq qələbə formulunu dəqiqliklə düşünüb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi siyasi və diplomatik qələbələrimizdə mühüm rol oynadı.
Qarabağın dağlıq hissəsində baş verənlər Azərbaycanın daxili işidir və Qarabağdakı ermənilər bizim sakinlərdir. Biz onlara humanitar yardım göstərməyə hazırıq. Bərdə-Ağdam-Xankəndi yolu humanitar yüklərin daşınmasına tam hazırdır. Aclıqdan, ərzaq böhranından əziyyət çəkənlər Bakının göndərdiyi humanitar yardımları qəbul etməlidir. Qarabağda yaşayan ermənilərin də bir çıxış yolu var: Silahlı yerə qoymaq, Azərbaycanın qanunlarına tabe olmaq.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru























































