MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması layihəsi yekunlaşıb

“Xezertv.info” xəbər verir ki, Avropa Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə təşkil həyata keçirilən “Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması” layihəsinin Lənkəran mərhələsi başa çatıb və bununla da təlimlər mərhələsi yekunlaşıb.
Ümumilikdə 2 fazadan ibarət olan və hər birində 10 müxtəlif regiondan 20 gənc təlimçinin iştirak etdiyi layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək və onların icmalarında qeyri-formal təhsil fəaliyyətlərini dəstəkləməklə Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini, keyfiyyətini artırmaqdan ibarət olub.
5 günlük təlim kursu ərzində iştirakçılar qeyri-formal təhsil nədir və üstünlükləri, təcrübə əsaslı öyrənmə, insan hüquqları təhsili, həssas qrupdan olan gənclərlə iş, təlim proqramının hazırlanma qaydaları kimi mövzuları əhatə edən seminarlar və məlumatlandırıcı sessiyalar keçirilmişdir. Sonda isə iştirakçılar sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, layihənin davamı olaraq avqust - sentyabr ayları çərçivəsində 10 rayonda “İnsan hüquqları üzrə təhsil”, “Fəal vətəndaşlıq təhsili”, “Gənclərin mənalı iştirakçılığı” mövzularında follow-up layihələri keçiriləcək.



























































