26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Azərbaycanda “Mərkəzi Bank haqqında” Qanun dəyişib
Prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
“Report” xəbər verir ki, fərmanla quruma tövsiyyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:
- Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər;
- İnvestisiya pul nişanlarının satışı qaydası;
- Pul nişanlarının reproduksiyası qaydası;
- Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər;
- Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası;
- Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası;
- Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu;
- Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu.
Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.























































