Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
XİN-ə diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı təşkil ediləcək
İyulun 30-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan saat 10:00-da başlanacaq.
İştirakçılar saat 09:00-dək imtahan binasının önündə olmalıdırlar.
İmtahan Mərkəzin Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 28 (“8 Noyabr” metro stansiyasının yanı) ünvanında yerləşən binasında kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.
Xatırladaq ki, imtahana qeydiyyat iyunun 22-dən iyulun 21-dək aparılıb və bu müddət ərzində 123 namizəd qeydiyyatdan keçib.























































