“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Şəhid general-mayor Polad Həşimov “Əbədi Birlik” Gənclər İctimai Birliyi, BZT Akademi və Turan Akademi idarə heyətləri tərəfindən diplomla təltif edildi, Polad Həşimovun evinə baş çəkildi.

Görüş zamanı BMT-nin insan haqları və müdafiə komitəsinin üzvü, “Əbədi Birlik” GİB-nin fəxri üzvü Mirdaməd Əzizov, təşkilatların idarə heyəti və üzvləri iştirak etmişdir.
Çıxışında bu diplomu Səmayə Həşimovaya təqdim etməkdən qürur duyduqlarını deyən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev şəhidin ailəsinin də təşkilatı məmnuniyyətlə qarşıladığını vurğulayıb və buna görə şəhid generalın anasına təşəkkürünü ifadə edib.
Diplomda yazılır: “ Hörmətli Səmayə xanım Həşimova
Dövlətinin, Vətəninin və xalqının müqəddəratı üçün canını qurban verən Səngər Generalımız Polad Həşimovu yetişdirdiyi və bu millətə bəxş etdiyinə görə “Əbədi Birlik” Gənclər İctimai Birliyi, BZT Akademi və Turan Akademi İdarə Heyətlərinin 12 iyul 2023-cü il tarixli qərarı ilə təltif edilir. ”
Şəhidlərimizi hörmətlə anır, qazilərimizə Allahdan şəfa diləyirik!
Şəhid və qazilərimiz əbədi birliyimizin təməlidir!


























































