Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
20 Dekabr 2022 13:50İdman
“Vüqar Həşimov Memorialı-2022” davam edir
Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə 10 şahmatçı rapid turnirində gücünü sınayır.
Yeddinci turda ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Avropa Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.
Ötən altı turun nəticəsinə görə, hesabında 10 xal olan N.Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. R.Məmmədov 9 xalla ikinci, V.Hao 8 xalla üçüncü, V.Pons isə 7 xalla dördüncüdür. R.Rapport, Ş.Məmmədyarov, A.Qədimbəyli və Q.Dommaracu 5 xalla 5-8-ci yerləri bölüşürlər. S.Şenklend 4 xalla doqquzuncu, A.Süleymanlı isə 2 xalla sonuncudur.
Dekabrın 22-də blits yarışına start veriləcək.
Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ən sponsorluğu ilə təşkil olunub.
Bu memorial ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin