Menu
Xəbər Lenti
20 Ara 06:38İdman

Braziliyalı futbolçular Neymarın millidəki karyerasını bitirməsini istəmirlər

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisində çıxışını davam etdirəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 30 yaşlı forvard yığmadakı karyerasını bitirmək qərarına gəlsə də, komanda yoldaşları onu fikrindən daşındırmağa nail olublar.

Təcrübəli forvardın Qətərdəki dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlubiyyətdən sonra "pentakampeonlar"ın şərəfini qorumaqdan imtina edəcəyi ilə bağlı məlumat yayılmışdı. İddiaya görə, ulduz futbolçu milli komanda ilə birdəfəlik vidalaşmaq niyyətində olmasa da, bir müddət yığmadan kənarda qalmaq istəyirdi.

Lakin futbolçu yoldaşlarının təkidindən sonra Neymar Braziliya seçməsində qalmağa razılıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır