Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

24 Dekabr 2022 02:52Mədəniyyət

Amerikalı reper Big Scarr ölüb

Big Scarr təxəllüsü ilə tanınan amerikalı müğənni Aleksandr Vuds 23 yaşında vəfat edib.

Bu barədə cümə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb.

Bildirilib ki, ifaçının ölümü cümə axşamı baş verib. Artıq müvafiq araşdırmalara başlanılıb.

Eyni zamanda, mənbələr qətl əlamətlərinin olmadığını qeyd ediblər.

Xatırladaq ki, reper amerikalı sənətçi Offset ilə əməkdaşlıq edib. 2021-ci ildə onun “Big Grim Reaper”adlı debüt miksteypi “Billboard” çartında ilk 25-liyə daxil olub.