Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
Alimlər mumiyaların qoxularını bərpa ediblər
Bristol Universitetinin alimləri göstəriblər ki, qədim misirlilərin mumiyalama üsulları zamanla daha mürəkkəbləşib: ilkin mərhələlərdə əsasən yağ və bitki yağlarından istifadə olunurdusa, sonralar onlara bahalı qatranlar və bitum əlavə edilib.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of the American Chemical Society" nəşrində dərc olunub.
Müəlliflər mumiyaları zədələmədən öyrənmək üçün yeni üsul təklif ediblər - qalıqların ətrafındakı havada uçucu üzvi birləşmələrin analizi. Bu "qoxu əsaslı" yanaşma sarğıları kəsmədən və artefaktlara zərər vermədən balzamların tərkibini müəyyən etməyə imkan verir. Mumiyalara xas "muzey qoxusu" da məhz bu qalıq molekulların nəticəsidir və çox vaxt çürümə qoxusu ilə səhv salınır.
Tədqiqat çərçivəsində alimlər yaşı iki min ildən çox dövrü əhatə edən 19 mumiyadan götürülmüş 35 sarğı və balzam nümunəsini araşdırıblar. HS-SPME-GC/Q-TOFMS adlı yüksək həssas kimyəvi metod vasitəsilə 81 uçucu birləşmə müəyyən edilib. Onlar Misir mumiyalamasına xas dörd əsas maddə qrupuna bölünüb: yağlar və bitki yağları, arı mumu, bitki qatranları və bitum.























































