Xəbər Lenti
Dünən, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
20-08-2026, 15:46
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
19-08-2026, 18:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
26 Yanvar 2023 21:51Cəmiyyət
Qida sahəsində fəaliyyət göstərən 11 müəssisədə nöqsanlar aşkar olunub
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 23-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 23 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3839 linki vasitəsilə məlumat almaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır