Menu
Xəbər Lenti
Laçına qar yağır
21-10-2025, 08:54

Laçına qar yağır

Mərakeşdən tarixi uğur
20-10-2025, 08:54

Mərakeşdən tarixi uğur

23 Oktyabr 2025 10:57Manşet / Gündəm

AAYDA-dakı şikayətlər: 7 №-li Xüsusi Təyinatlı Yol İstismarında korrupsiya iddiaları və işçilərin maaş kəsintiləri… AAYDA-DA insanlara qan udduran Nazir kimdir?!

 

“Heqiqixeber.az” redaksiyasına daxil olan şikayət məktubunda AAYDA-nın balansında olan 7 №-li Xüsusi Təyinatlı Yol İstismarı idarəsində uzun müddətdir davam etdiyi iddia edilən neqativ hallardan bəhs olunur. Müraciətdə qeyd olunur ki, bir neçə ay əvvəldən bəri müəssisədə işçilərə qarşı haqsız əməl və korrupsiya hallarının artdığı müşahidə olunur, lakin bu barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, hələ də ciddi tədbirlər görülməyib.


Şikayətdə xüsusilə iki şəxsin – idarə rəisi Məhəmməd Musayev və sahə rəisi Nazir Nəhmətovun adı çəkilir. İddialara görə, onların göstərişi ilə idarənin əməkdaşlarının, texniki işçilərin, operatorların, çilingerlərin, briqada və sahə rəislərinin maaşlarından əsassız kəsintilər aparılıb. İşçilərin əməkhaqqı heç bir rəsmi əsas olmadan azaldılıb, bəzi hallarda isə Vətən Müharibəsi iştirakçısı olan əməkdaşların veteran müavinətləri belə mənimsənilib.


Məlumatda bildirilir ki, işçilərin maaşlarından 180 manatadək kəsintilər həyata keçirilib. Bu isə idarədə ciddi narazılıq doğurub. Şikayət müəllifləri qeyd edirlər ki, Nazir Nəhmətov və onun yaxın çevrəsi hər ay bu kəsintiləri dövlətin deyil, guya idarənin maliyyə çətinlikləri ilə əlaqələndirərək, əməkdaşların dövlətə qarşı narazılığını qızışdırmağa çalışır. Eyni zamanda, idarə rəhbərliyinə qarşı çıxan və ya haqsızlığa etiraz edən işçilər müxtəlif təzyiq və hədələrlə üzləşirlər.


İddialar arasında təhsil səviyyəsi və kadr təyinatları ilə bağlı məsələlər də yer alır. Belə ki, ali təhsili olmayan, ixtisası ilə uyğun gəlməyən şəxslər mühüm vəzifələrə gətirilir, peşəkar və təcrübəli mühəndislər isə kənarda saxlanılır. Hətta idarədə ali təhsilli mühəndislərlə rəhbərlik arasında gərginlik və mübahisələrin yaşandığı da qeyd olunur.


Mənbələrin verdiyi məlumata görə, dövlət vəsaiti hesabına alınan Jak markalı xidməti avtomobil və sürücü kimi imkanlar şəxsi istifadəyə yönəldilib. Bu da idarənin vəsaitlərinin təyinatı üzrə xərclənmədiyinə dair şübhələri gücləndirir.


Daha diqqətçəkən məqamlardan biri isə sosial şəbəkələrdə paylaşılan hədələyici və kriminal məzmunlu statuslardır. İddialara görə, Nazir Nəhmətov və onun yaxın çevrəsi “statuslar” vasitəsilə şikayətçiləri və narazı əməkdaşları qorxutmağa çalışır, “darıxma, bilirik kim sən, gəlirik” kimi ifadələr yazaraq işçilərə psixoloji təzyiq göstərirlər.


İşçilərin sözlərinə görə, idarədə yaranmış vəziyyət artıq dözülməz həddə çatıb. Onlar bildirirlər ki, illərlə bu qurumda çalışan təcrübəli əməkdaşlar kənara atılır, əvəzində isə münasibət və “etibarlılıq” əsasında vəzifə bölgüsü aparılır. Nəticədə, idarənin fəaliyyəti zəifləyib, vətəndaşlara göstərilən xidmətin keyfiyyəti aşağı düşüb.


Müraciətdə həmçinin qeyd olunur ki, 7 №-li Xüsusi Təyinatlı Yol İstismarı rəhbərliyi tənqid və ya mətbuatda gedən yazılara qarşı qeyri-peşəkar davranış sərgiləyir. Belə ki, Məhəmməd Musayev idarə direktoru olsa da, işçilərə qarşı küçə ifadələri işlətməkdən çəkinmir, “haqqımda yazı yazdırana söyüş qoyuram” kimi ifadələrlə öz əməkdaşlarını təhqir edir. Bu isə dövlət idarəsində iş mühitinə zərbə vurmaqla yanaşı, cəmiyyətdə dövlət qulluqçusuna olan etimadı da sarsıdır.


İdarənin fəaliyyətinin tənqid olunan digər tərəfi isə ekoloji qanun pozuntuları ilə bağlıdır. Müraciətdə qeyd edilir ki, Atatürk parkının mərkəz hissəsində ayaqyolu tikintisinə başlanılıb. Tikinti işlərinin aparıldığı ərazidə “qırmızı kitaba” düşmüş yulğun ağacının olması isə əlavə narazılıq yaradıb.


İşçilərin sözlərinə görə, rəhbərlik bu cür qanunsuz fəaliyyətlərə son qoymaq əvəzinə, daha çox təzyiq və hədə-qorxu metodlarına üstünlük verir. İddialara görə, idarə daxilində “kim çox pul gətirsə, o qalır” prinsipi formalaşıb. Qeyri-leqal yollarla maaş kartlarından toplanan vəsaitlər hesabına bəzi şəxslərin lüks həyat sürdüyü də qeyd olunur.


Bütün bu iddialar, şikayətlər və narazılıqlar fonunda işçilər ümidlərini ölkə rəhbərliyinə bağlayırlar. Onların fikrincə, necə ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə beş il əvvəl düşməni doğma torpaqlarımızdan qovaraq tarixi Qələbəyə imza atdı, eləcə də bu cür haqsızlıq edən, vətəndaşın haqqını yeyən məmurların fəaliyyəti qarşısında da dövlət tərəfindən ciddi addımlar atılacaq.


İşçilər inanırlar ki, ölkə başçısı cənab İlham Əliyevin şəffaf idarəetmə, sosial ədalət və korrupsiyaya qarşı barışmaz siyasəti nəticəsində belə hallara son qoyulacaq, dövlət orqanları xalqın xidmətində olan mərkəzlərə çevriləcək.


Redaksiyamız məsələ ilə bağlı AAYDA rəhbərliyinin və adları hallanan şəxslərin mövqeyini də öyrənməyə çalışacaq. Hər iki tərəfin fikirləri dərc olunacaq və məlumat tam obyektiv şəkildə ictimaiyyətə təqdim ediləcək.


Qarşı tərəfin mövqeyini tanıyırıq.


 

Heqiqixeber.az