Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

31 Ara 10:20Mədəniyyət

Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır. AZƏRTAC xəbər verir ki, İngiltərənin “Everton” klubunda çıxış edən futbolçu “Reyncers”in (Şotlandiya) maraq dairəsinə düşüb. A.Beqoviç Liverpul təmsilçisində ehtiyat

Artıq iki ildir Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Hazırda Qarabağın yenidən qurulması və inkişafı davam edir. Hər bir ölkənin inkişafında onun turizm imkanları mühüm amillərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə, ilk növbədə, Qarabağda, xüsusilə Şuşada quruculuq-bərpa işləri tam gücü ilə davam edir. İşğaldan azad olunmuş ərazilərdə aparılan işlər, heç şübhəsiz, gələcəkdə bu bölgənin mühüm turizm istiqamətlərindən birinə çevriləcəyindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının idarə heyətinin üzvü, ictimai fəal Nərgiz Xələf söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı digər regionların da inkişafını daim diqqət mərkəzində saxlayır. Son dövrlərdə Prezident İlham Əliyevin regionlara səfərləri, xüsusilə turizm obyektlərinin açılışlarında iştirakı müntəzəm xarakter alıb. Təbii ki, ölkəmiz böyük turizm potensialına malikdir və bu imkanların reallaşdırılmasına özəl sektor daha böyük maraq göstərir. Təbii ki, ölkəmizin turizm sektoruna xarici sərmayənin qoyuluşu Azərbaycanda mövcud olan əlverişli biznes mühiti ilə əlaqələndirilir. Ölkəmizdə bu mühit isə dövlətimizin başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.
“Bakı şəhərində olduğu kimi, Azərbaycanın regionlarında da turistlərə yüksək səviyyədə xidmətin göstərilməsi üçün hərtərəfli şəraitin yaradılması ölkəmizin gələcəkdə dünyada mühüm turizm istiqamətlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək”, - deyə N.Xələf diqqətə çatdırıb.