Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

03 Şub 19:17Manşet / Sosial

Yardımlıda “Unudulmayan qəhrəmanlar” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Yardımlıda “Unudulmayan qəhrəmanlar” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Yardımlı Rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli” çərçivəsində icra edilən “Unudulmayan qəhrəmanlar” layihəsi çərçivəsində ilk tədbir keçirilib.

Tədbirdə Mərkəzin kollektivi ilə yanaşı, Yardımlı Rayon Peşə Məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

Şuşanın Milli qəhrəmanlarının tanıdılması məqsədilə həyat keçirilən layihənin ilk tədbiri Milli Qəhrəman Ramiz Qəmbərova həsr olunub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə, əməkdaşlardan Aqil Ağayev və Yardımlı Rayon Peşə Məktəbinin direktoru Qabil Ağayev Şuşanın tarixi ilə bağlı bir sıra maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Çıxış edənlər, həmçinin qəhrəmanlar diyarı olan bu qədim vətən torpağının igid oğullarının Birinci Qarabağ savaşında göstərdiyi şücaətdən, Ramiz Qəmbərovun həyatı, təhsil illəri və şərəfli döyüş yolu haqqında danışıblar.