Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

01 Ock 02:56Cəmiyyət

ƏƏSMN üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90,2 faizə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 153 xidmətindən 138-i elektron, o cümlədən 51-i proaktiv qaydada göstərilir. 2022-ci il ərzində də 40 xidmətin elektronlaşdırılması ilə bağlı işlər aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

O, cari ildə ƏƏSMN üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90,2 faizə çatdığını vurğulayıb.

K.Əkpərov bildirib ki, bu il nazirliyin e-xidmətlərinə 9 milyondan çox, e-sosial.az portalına 11 milyona yaxın müraciət edilib.

Mərkəzin direktoru növbəti ildə e-sosial portalının funksionallıqlarının daha da genişləndiriləcəyini diqqətə çatdırıb.