Menu
Xəbər Lenti
26 Ekm 08:22Manşet / Gündəm / Dünya

Tramp: “İsraili məhv etmək istəyirsənsə...”

 

Donald Tramp hələ də 2024-cü ildə Ağ Evə qayıdacağına ümid edir. Hələlik isə o, planlarını seçicilərlə bölüşür.

ABŞ-nin Nyu-Hempşir ştatında seçkiqabağı mitinqdə çıxış edən Tramp bildirib ki, o, təkcə Amerikanı NATO-dan çıxarmaqla kifayətlənməyəcək, həm də ABŞ-ni bürüyən immiqrasiya böhranının həlli üçün genişmiqyaslı və çoxşaxəli tədbirlər görəcək.

“Mən bütün miqrantların ciddi ideoloji yoxlanılmasını həyata keçirəcəyəm. Əgər Amerikaya nifrət edirsənsə, İsraili məhv etmək istəyirsənsə, dinimizi bəyənmirsənsə, cihadçılara rəğbət bəsləyirsənsə, o zaman sizi ölkəmizdə görmək istəmirik”, - deyə o, tribunadan bəyan edib.

Məlumdur ki, Tramp həm də ilk prezidentliyi dövründə tətbiq etdiyi antimüsəlman qanunlarını gücləndirməyi, digər məsələlərlə yanaşı, əhalisinin əksəriyyəti müsəlman olan bir sıra ölkələrin vətəndaşlarına bütün növ Amerika vizalarının verilməsini qadağan etməyi planlaşdırır.

Mənbə: aif.ru