Menu
Xəbər Lenti
Deputata ağır itki
Dün, 09:51

Deputata ağır itki

07 Haz 11:49Manşet / Gündəm

YÜKSƏK PEŞƏKARLIQ VƏ VƏTƏNDAŞLIQ MİSSİYASI

 

Bir  işimiz çətinə düşəndə  əllərimizi GÖYLƏRƏ açıb aman diləyirik. İnsan oğlu yaranışdan belədir! Kimi üçün Tanrı, kimi üçün Allah, kimi üçün “KƏHKƏŞAN”, kimi üçün də “YARADAN” deyib sığındığı doğulduğu gündən hər kəsin üzərinə bir missiya, bir borc qoyur.  Xoş o kəslərin halına ki,  ondan yuxarıdakı  inandığına xəyanət etmir, əməli düz, işi düzənli, kimsəyə yalan demir, kimsənin qəlbin qırmır, əlsizə əl tutur, yetimin başın sığallayır.


Belə insanlar, əslində üzərlərinə Allahın qoyduğu missiyanı tək yerinə yetirir, “Sağ əlin verdiyindən, sol əlin xəbəri olmaz” deyir.


Sağ əli ilə verdiyini, sol əlinə söyləməyən, Tanrının da, Allahın da, Yaradanın da, kasıbın da, yetimin də sevdiyi bir KİŞİ var Azərbaycanda – Suat Paşayev. Araşdırmalarımızdan məlum oldu ki, bu gün Suat müəllim, hamı üçün dost,  kimlər üçünsə son ümid yeri, kimlər üçün ziyalı insan, kimlər üçün isə  iş adamıdı...


Suat Paşayev həm də gənclərin hami-tərbiyəçisidir. Gələcəyin qurucularının vətənpərvər, yurda layiqli övladdar kimi yetişməsi üçün əlindən gələni əsirgəmir. Hazırda onun rəhbərlik etdiyi “Aztelekom” MMC-də saysız gənclər də çalışır. Gələcəkdə onların arasında yaxşı mütəxəssislər yetişəcək və kim bilir, bəlkə də illər keçdikcə sonra burada çalışanların da özlərinə məxsus şirkəti olacaq.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.


Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.


Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi insan Suat Paşayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq. Suat müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Suat Paşayevin səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.


Suat müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.


Suat Paşayev istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.


Suat müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.


Suat müəllimin şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Suat müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!


Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Suat Paşayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, xeyriyyəçi insan Suat müəllim də bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Suat müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.


Redaksiyamız adından “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayevə uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.


İlahi, insanınxoşbəxtliyi, onlarınrifahı üçüngecə-gündüz çalışanbəndələrnecədə xoşbəxtdilər. Onların xoş əməlləri həmişə camaatın, xalqın qəlbində əbədi yaşayacaq.


YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR!