Menu
Xəbər Lenti
Bakıda vaqon yanıb
Bugün, 10:23

Bakıda vaqon yanıb

Məşhur aktyor vəfat etdi
21-01-2022, 07:33

Məşhur aktyor vəfat etdi

11 yan 07:18Gündəm / Şou

EDHO bitdi, qalmaqal bitmədi: Telekanal məhkəməyə müraciət edəcək

Oktay Kaynarcanın baş rolu oynadığı “Eşkıya Dünyaya Hükümdar Olmaz” (EDHO) serialının 200-cü bölümünün 26 oktyabr saat 20.00-da ekranlara çıxacağı anons edilsə də, yayım baş tutmamış və serialın başa çatdığı bildirilmişdi. O zaman yayılan məlumatlara görə, hadisəyə səbəb Türkiyənin ATV telekanalı ilə istehsalçı şirkət arasındakı maliyyə anlaşılmazlığı olmuşdu.
Bu yaxınlarda serialın Oktay Karnarca olmadan başqa bir rəqəmsal platformda yayımlanacağı barədə çıxan xəbərlərdən sonra ATV EDHO-nun istehsalçısı olan “BVB Film Yapım Prodüksiyon A.Ş.” və Bahadır Özdeneri məhkəməyə verməyə hazırlaşır. Telekanalın 165 milyon lirə məbləğində təzminat iddiası irəli sürdüyü bildirilir.
ATV-dən verilən açıqlamaya görə, EDHO serialının bütün hüquqları məhz bu telekanala məxsusdur və onun, yaxud da bənzərinin digər bir kanal tərəfindən hansı adla olursa-olsun yayımlanması qeyri-mümkün və qanuna ziddir.
Mənbə:Oxu.Az