Menu
Xəbər Lenti
22 sen 13:59Gündəm / Şou

“Atiye” məhkəməyə verildi

Bir neçə həftə bundan əvvəl “Netflix” platformasında ikinci sezonu təqdim edilən “Atiye” serialı məhkəməlik olub.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünya üzrə baxılan ən yaxşı 8-ci serial olan ekran işi barədə yazar Buket Uzunər hüquq-mühafizə orqanlarına müraciət edib.
O, layihənin müəllifi olduğu “Dəfnə Kamanın macəraları – Torpaq” romanından ilhamlandığını qeyd edib. Bildirilib ki, əsərin ana xətti eynidir, lakin baş qəhrəmanların adları dəyişdirilib.O, serialı ərsəyə gətirən “OG” prodakşını müəllif hüquqlarını pozmaqda ittiham edib.
Qeyd edək ki, ekran işinin baş qəhrəmanları Beren Saat, Melisa Şenolsun, Metin Akdülger və Mehmet Günsürdür.