Menu
Xəbər Lenti
31 Ara 08:40Dünya

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 46 nəfər ölüb, 28 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının məlumatında qeyd olunub.

Daşqınlar respublikanın 10 rayonunda 517,8 mindən çox insanın həyatına təsir edib. 56,8 min insan təxliyə məntəqələrindədir.

Təbii fəlakət 4,5 min evə ziyan vurub. 22 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır