Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

13 Ara 02:47Siyasət

Ulu Öndər Heydər Əliyevin xatirəsi İordaniyada da yad edilib

İordaniyanın paytaxtı Əmmanda yerləşən Yeni Bədr rayonunda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Əmman şəhər Böyük Bələdiyyəsi və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də İordaniyada Azərbaycan Universitetləri və İnstitutlarının Məzunları Klubunun İdarə Heyətinin sədri və bir sıra üzvlərinin, ictimaiyyət nümayəndələrinin, Azərbaycan icmasının fəalları və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilən tədbirdə çıxış edən səfir Eldar Səlimov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçəyə, eləcə də dairəyə göstərilən diqqəti yüksək qiymətləndirib.

Sonra Ulu Öndər haqqında söz açan Azərbaycan diplomatı Heydər Əliyev şəxsiyyətinin SSRİ və müasir dövrdə Azərbaycanın tarixindəki əhəmiyyətindən geniş bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün dünya miqyasında böyük nüfuz və ehtirama malik olan dövlətimizin məhz Ümummilli Liderimizin mirası olduğuna diqqət çəkib. O, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2004-cü ildə yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən də danışıb.

Çıxışın ardınca İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə ağacəkmə aksiyası keçirilib.