Menu
Xəbər Lenti
09 Ara 16:09Hadisə

Masazırda döyülən məktəbli ilə bağlı DİN-dən AÇIQLAMA

“Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır”.

Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev deyib.

O bildirib ki, tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb.

“Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”, - deyə polis nəfəri qeyd edib.

Qeyd edək ki, ötən gün yerli KİV-lərdə məktəblinin döyülməsi ilə bağlı məlumatlar yayımlanıb. Hadisə ilə bağlı danışan məktəbli sinif yoldaşının atası və yaxın qohumları tərəfindən döyüldüyünü bildirib.