Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

01 Ara 02:45İdman

Polşalı qapıçı Voytsex Şesnı “Qətər-2022”də həmyerlisinin rekordunu təkrarlayıb

Bakı, 1 dekabr, AZƏRTAC

Qətərdə futbol üzrə dünya çempionatının C qrupunun üçüncü turu çərçivəsində keçirilən Polşa-Argentina oyunu davam edir. Görüşün 38-ci dəqiqəsində baş hakim polşalı qapıçı Voytsex Şesnının Argentina millisinin kapitanı Lionel Messiyə qarşı etdiyi kobudluğa görə, Polşanın qapısına penalti təyin edib. Qolkiper qapının sol küncündən zərbəni dəf etməyi bacarıb.

AZƏRTAC xəbər verir ki, polşalı qapıçı eyni mundialda iki penaltini dəf edərək tarixdə üçüncü qolikiper olub. Əvvəllər buna ABŞ futbolçusu Bred Fridel (2002-ci il), eləcə də digər polşalı qapıçı Yan Tomaşevski (1974-cü) nail olublar.

Hazırda oyunda ikinci hissə davam edir və Argentina millisi 2:0 hesabı ilə öndədir.